Bakıda fırlanan göydələn tikiləcək – VİDEO
Qeyd edək ki, bu, dünyada ikinci fırlanan göydələn olacaq. Birincisi Viqnalinin Dubayda tikdiyi 68 mərtəbəli fırlanan oteldir.
Bakıdakı bina 300 metr hündürlüyündə və 50 mərtəbədən ibarət olacaq. Hər mərtəbə əlahiddə şəkildə fırlana biləcək.
Binanın tikintisi 20 aya başa gələcək. Sifarişçi “Altes Group” şirkətidir.