Gülər Əhmədova onlarla toqquşmuşdu – SİYAHI

Gülər Əhmədova onlarla toqquşmuşdu – SİYAHI
  14 Fevral 2013    Oxunub:2199
Keçmiş millət vəkili Gülər Əhmədova xarakteri ilə də məşhur idi. Ara-sıra onun kimlərləsə mübahisəsi, intriqası mətbuatda da yer alıb.
AzVision.az Gülər Əhmədovanın mübahisədə olduğu şəxslərdən bir neçəsinin tarixçəsini təqdim edir
.

1. Əvəz Zeynallı

Onun bu intriqası jurnalistlərdən biri, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə nəticələnib. Əvəz Zeynallının məhkəməsi hələ də davam edir. Bəlkə də Gülər Əhmədovaya ən çox nifrət edən və həbsxanada kamera qonşusu olduğu üçün ən çox sevinən Əvəz Zeynallıdır.

Gülər Əhmədovanın şikayəti əsasında Əvəz Zeynallını həbsə aparan bu dialoqdur:

“G.Əhmədova: – Əvəz, sənə nə qədər pul lazımdır, de, mən verim.

Ə.Zeynallı: – Sizdən kim pul istəyir? Pulunuz-zadınız lazım deyil!

G.Əhmədova: – Mən qəzetin çapına kömək etmək istəyirəm.

Ə.Zeynallı: – Bizə sizin köməyiniz lazım deyil.

G.Əhmədova: – “Mərkəz” qəzetinin çapını öyrənmək istəyirəm. Sən qəzetin bir nömrəsinin çapına nə qədər xərc çəkirsən?

Ə.Zeynallı: – Təxminən 500 manat.

Fasilə yaranır. Gülər Əhmədova hesablayır…

G.Əhmədova: – Mən sənin bir illik yox, 6 aylıq xərcini ödəyə bilərəm. Bu da 10.000 manat eləyir.

Ə.Zeynallı: – Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!”


2. Cəlil Cavanşir

Gülər Əhmədovanın mübahisədə olduğu şəxslərdən biri də yazıçı, juralist Cəlil Cavanşirdir. Onların düşmənçiliyinə səbəb 22 iyun mətbuat günündə Gülər xanımın “Mərkəz” qəzetində qonarar və maaşların yarıbayarı azaldılması ilə bağlı xəbərdən sonra işdən istefa verən Cəlil Cavanşirin bununla bağlı mətbuata açıqlama verməsi olub.

Cəlil Cavanşir keçmiş rəhbəri haqqında yazır: “Bir il iki ay əvvəl Gülər Əhmədovaya yazmışdım: "...Bunu ya siz verəcəksiniz, ya mən alacam, ya da sizdən başqa bir yolla bu pullar çıxacaq! Enerjinin itmədiyinə inanıram və mənfi enerjinin geriyə dönməyindən qorxmağınızı tövsiyyə edirəm. Təbiət bizdən çox ədalətlidir!”


3. Əli Əhmədov

Gülər Əhmədova ilə münasibətləri pis olan təkcə bunlar deyil. Eks millət vəkili deputat həmkarları, hətta YAP-ın icraçı katibi Əli Əhmədovla da münasibətləri gərgin idi. Elşad Abdullayevin yaydığı videolardan sonra parlament mandatından imtina edən Gülər Əhmədova əsəblərini cilovlaya bilməyərək facebook səhifəsində YAP-ın icraçı katibinə işarə edərək status paylaşmışdı. Əli Əhmədov isə təmkinini qoruyaraq bu məsələyə dərhal münasibət bildirməmişdi.
İki gün sonra jurnalistlərin sualını cavablandıran Əli Əhmədov siyasətçi nüfuzuu qoruyaraq demişdi: “Belə bir şey eşidəndə, sözün düzü heç onunla maraqlanmadım da. Bilmədim ki, heç nə yazıb. Bir gün keçəndən sonra bildim ki, belə şeylər yazılıb. Səhəri günü axşamüstü oğlumdan eşitdim. O, gülə-gülə dedi ki, belə deyiblər. Güldük, qurtardı-getdi. Deyib-deyib də... Təbii ki, bu onun mənəviyyatının, əxlaqının göstəricisidir. Hər kəslə ağız-ağıza verib, deyişməyin tərəfdarı deyiləm. Deyib, deyib də. Ataların bununla bağlı gözəl sözü var... İndi mən həmin misalı təkrar etmək istəmirəm...”


4. Hadı Rəcəbli

Gülər Əhmədovadan incik olan başqa bir millət vəkili isə Hadı Rəcəblidir. Onu da deyək ki, Hadı Rəcəbli ilə Gülər Əhmədovanın münasibətləri təzə yox, 16 il bundan əvvəl korlanıb. Bunu Hadı Rəcəbli Gülər Əhmədova haqqında danışarkən özü vurğulayıb:
“Gülər Əhmədova barədə mənim fikirlərim qətidir, 16 il əvvəl bu fikirlər məndə formalaşıb. Bu qadın Azərbaycan hakimiyyətinə və parlamentinə heç vaxt şərəf gətirməyib. Bu adam bütün dövrlərdə intriqalarla məşğul olub. Gənclər təşkilatında işləyəndə dalaşıb, yerini dəyişiblər. Respublika Uşaq Təşkilatında çalışanda İsmayıl İbrahimov kimi ağsaqqal adamın yerinə göz dikib, otağını əlindən alıb, gərginliklər yaranıb. Münasibətdə olduğu elə bir adam olmayıb ki, onunla münaqişəsi olmasın. Bu gün Yasamal rayonunda tikinti təşkilatlarının rəhbərləri var, bu dəqiqə hazırdırlar ki, Gülər Əhmədova tərəfindən onlara qarşı edilən haqsız əməllər barədə danışsınlar. Kimlə ünsiyyətdə olubsa, ona qarşı xoşagəlməz əməllər edib. Bu günə qədər hələ elə bir tədbir olmayıb ki, ora gecikməsin. Onu dəvət edən bütün hörmətli kollektivlərin tədbirlərinə bilərəkdən, özünü göstərmək üçün, hörmətsizlik edərək gecikib. O, bütövlükdə Azərbaycan parlamentinə layiq adam deyildi”.




Teqlər:





Xəbər lenti