1,3 milyard dollarlıq lotoreyanı xərçəng xəstəsi olan immiqrant uddu

1,3 milyard dollarlıq lotoreyanı xərçəng xəstəsi olan immiqrant uddu
  30 Aprel 2024    Oxunub:2622
ABŞ-da 1,3 milyard dollarlıq tarixi "Powerball" cekpotunu xərçənglə mübarizə aparan və keçən həftə kimyaterapiyanın son mərhələsini başa vuran laoslu immiqrant udub.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Səkkiz ildir xərçəng xəstəsi olan portlendli 46 yaşlı Çenq Sefan həyat yoldaşı Duanpenq Sefan ilə birlikdə bilet almağa qərar veriblər. Çenqin dostu ailəyə 100 dollar bağışlayıb və onlar biletlər alaraq sonda mükafatı bərabər böləcəklərini deyiblər. Ailə qalib gəldikləri lotoreyadan birdəfəlik ödəniş almağa qərar verib. Məlum olub ki, Sefan ailəsi vergilərin çıxılmasından sonra dərhal 422 milyon dollar alacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: lotoreya  





Xəbər lenti