Təyyarə qəzalarında həlak olan dövlət başçıları - SİYAHI

   Təyyarə qəzalarında həlak olan dövlət başçıları -    SİYAHI
  20 May 2024    Oxunub:731
Bu gün İran Prezidenti İbrahim Rəisi və onu müşahidə edən heyətin hamısı helikopter qəzasında həlak olub. Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

Bu hadisə siyasi liderlərin təyyarə qəzasında həlak olduğu ilk hadisə deyil. AzVision.az indiyədək ölkə rəhbərlərinin həlak olması ilə nəticələnən təyyarə qəzalarının statistikasını təqdim edir.

Xose Feliks Estiqarribiya

Paraqvayın 38-ci prezidenti, Paraqvay ordusunun marşalı, 1923-cü il vətəndaş müharibəsinin və Boliviya ilə Çaca müharibəsinin qəhrəmanı. 7 sentyabr 1940-cı ildə Loma-Qrandeyə uçarkən prezidentlə həyat yoldaşının olduğu təyyarə qəzaya uğrayıb. Hər iki şəxs və ekipaj üzvü sağ qalmayıb.

Əbül Salam Arif

İraqın hərbi, siyasi və dövlət xadimi. 1963-1966-cı illərdə İraq prezidenti olub. 13 aprel 1966-cı ildə İraqın cənubunda təyyarə qəzasında həlak olub. Əbdül Salam Arifin ölümündən sonra onun böyük qardaşı Abdel Rəhman Aref prezidentlik kürsüsünə keçib.

Lindman Arvid

İsveçin kontr-admiralı, sənayeçi və mühafizəkar siyasətçi. İki dəfə İsveçin Baş Naziri (iki dəfə, 1906-1911 və sonra 1928-1930) seçilib. Londondan Amsterdama uçan KLM PH-AKL təyyarəsi 9 dekabr 1936-cı ildə Kroydon hava limanından qalxarkən qəzaya uğrayıb. Qəzada Lindman Arvid da həlak olub.

Xayme Roldos Agilera

10 avqust 1979-cu ildən 24 may 1981-ci ilədək Ekvador prezidenti olub. 24 may 1981-ci ildə göyərtəsində Roldosum olduğu təyyarə Loja əyalətindəki Uayrapunqo dağlarında qəzaya uğrayıb. Bütün sərnişinlər ölüb: Roldosun həyat yoldaşı Marta Bucaram, müdafiə naziri Marko Subia Martinez və həyat yoldaşı, iki hərbi zabit və onların beş yoldaşı.

Rene Baryentos Otrunyo

1969-cu ildə Boliviyanın prezidenti Rene Baryentos Otrunyo təyyarə qəzasında ölüb. Qəzanın təşkil olunduğu bildirilir. Bu günə qədər prezidentin helikopterinin vurulması ehtimalı ilə bağlı məlumatlar yayılsa da, bütün araşdırmalar bunun qəza olduğu qənaətinə gəlib.

Maqsaysay Ramon

Filippin dövlət xadimi və siyasətçisi. O, 1953-1957-ci illərdə ölkənin prezidenti olub. Ramon Maqsaysay, Nobel Mükafatının Asiya ekvivalenti adlandırılan mükafatın adını daşıyır. 17 mart 1957-ci ildə Prezident kimi səlahiyyət müddəti başa çatmazdan əvvəl təyyarə qəzasında ölüb və onun yerinə vitse-prezident Karlos P. Qarsiya keçib.

Omar Torrixos

Panamanın dövlət xadimi və hərbi lideri, 1968-1981-ci illərdə Panamanın faktiki lideri, Panama Milli Qvardiyasının ali komandanı (1968-1981), briqada generalı (1969). O, sol millətçi siyasi kursu davam etdirirdi. 1981-ci ildə Panamanın rəhbəri general Omar Torrixos təyyarə qəzasında həlak olur.

1989-cu ildə ABŞ-ın Panama işğalı zamanı qəza ilə bağlı sənədlər yoxa çıxıb. 1991-ci ildə M. Norieqanın məhkəməsi zamanı onların ictimaiyyətə açıqlanması cəhdi məxfi məlumatların açıqlanmasını qadağan edən ABŞ hökumətinin etirazı əsasında rədd edilib.

Biediç Cemal

1971-1977-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasının Birlik İcraiyyə Şurasına rəhbərlik edib. 1977-ci il yanvarın 18-də Cemal Biediç və həyat yoldaşı Liviyaya dövlət səfəri ilə uçan Yuqoslaviya Sosialist Federativ Respublikasının Prezidenti Yosip Broz Titonu Belqradın Batajnitsa aerodromunda müşayiət ediblər.

Onlar Learjet 25 təyyarəsi ilə Sarayevoya qayıdıblar. Kresevo yaxınlığında təyyarə İnac dağına çırpılıb. Təyyarə qəzası nəticəsində Camal özü, həyat yoldaşı Raziya, iş yoldaşları Ziyo Alikalfiç və Smayo Hrla, həmçinin pilotlar Stevan Leka və Murat Haniç dünyasını dəyişib.

Samora Maşel

Mozambik inqilabçısı, dövlət və siyasi xadim, Mozambik marşalı. Mozambikin müstəqillik əldə etdikdən sonra ilk prezidenti olub. 1986-cı ildə Mozambikin prezidenti Samora Maşel Zambiyadan öz ölkəsinə qayıdarkən təyyarə qəzasında həlak olur. Onunla birlikdə Tu-134 təyyarəsində Mozambikin bir sıra nazirləri də ölür. Qəzanın səbələri hələ də araşdırılmayıb.

Boris Traykovski

Makedoniya dövlət xadimi, 1999-2004-cü illərdə Makedoniya Respublikasının Prezidenti. 2004-cü il fevralın 26-da beynəlxalq konfransda iştirak etmək üçün Bosniya və Herseqovinaya gedən prezidentin təyyarəsi Bakı vaxtı ilə saat 13:00 radələrində Hrqud dağının yamaclarına düşərək qəzaya uğrayıb.

Təyyarədə Makedoniya prezidenti ilə yanaşı, onun administrasiyasının bir neçə üzvü də olub. Onların hamısı ölüb. Traykovskinin meyiti, ölənlərin əksəriyyəti kimi yandığı üçün genetik ekspertiza aparılıb. Onun nəşi 28 fevral 2004-cü ildə Amerikanın C-130 nəqliyyat təyyarəsi ilə Makedoniyaya gətirilib.

Məhəmməd Ziyaülhaqq

Pakistanın altıncı prezidenti. 1988-ci il avqustun 17-də Ziyaülhaqq Amerika M-1 Abrams tankının nümayiş sınaqlarının keçirilməli olduğu Teypur Tamevali poliqonuna gedib. Sınaqlar başa çatdıqdan sonra C-130 Hercules təyyarəsi ilə İslamabada qayıdəb. Lakin təyyarə Lahor şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 37 nəfərdən heç biri sağ qalmayıb.

Ntaryamira Siprien və Juvenalya Xabiarimana

Burundinin siyasət xadimi, 1994-cü il fevralın 5-dən aprelin 6-dək ölkənin Prezidenti olub. 1994-cü ilin aprelində S. Ntaryamira Dar es Salaamda (Tanzaniya) Burundi və qonşu Ruandada hutu və tutsilər arasında silahlı münaqişələrin həlli cəhdinə həsr olunmuş toplantıda iştirak edib. 6 aprel 1994-cü ildə oradan qayıdan Siprien Ntaryamiranı və Ruanda Respublikasının Prezidenti Juvenalya Xabiarimananı (1973-cü ildən 1994-cü ilə qədər Ruandanın ikinci prezidenti) daşıyan təyyarə Kiqali aerodromuna yaxınlaşarkən zenit raketi ilə vurulub. Qəzada hər iki prezident ölüb.

Lex Kaçinski

2005–2010-cu illərdə Polşanın prezidenti, 2002–2005-ci illərdə Varşava şəhərinin rəhbəri (bələdiyyə başçısı), "Haqq və Ədalət" partiyasının rəhbərlərindən biri. 10 aprel 2010-cu ildə Polşa prezidenti Lex Kaçinski, onun xanımı və Polşanın xeyli dövlət xadimi Tu-154 təyyarəsinin qəzaya uğraması ilə həlak olur.

İbrahim Rəisi

Və nəhayət, İran Prezidenti İbrahim Rəisinin öldüyü helikopter qəzası. Belə ki, helikopter İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

İlkin Nəcəfzadə


Teqlər:





Xəbər lenti