İtlərin və kişilərin cinsi orqanlarında mikroplastiklər tapılıb

İtlərin və kişilərin cinsi orqanlarında mikroplastiklər tapılıb
  01 İyun 2024    Oxunub:2561
Tədqiqatçılar insan orqanizminin çirklənməsi ilə bağlı maraqlı faktlar aşkarlayıblar.
The Guardian-ın yaydığı məlumata görə, mütəxəssislər bir neçə kişinin cinsi orqanını tədqiq edərkən onların hər birində mikroplastiklər aşkar ediblər.

Qeyd edilir ki, elm adamları 16-88 yaş arası 23 kişinin xayalarını analiz ediblər. Onlar həmçinin baytarlıq klinikalarında sterilizasiya əməliyyatından keçmiş 47 itin xayalarını da tədqiq ediblər. Maraqlıdır ki, itlərdən də alınan bütün nümunələrdə mikroplastiklər tapılıb. İnsanlarda plastikin konsentrasiyası isə itlərdəkindən üç dəfə yüksək olub. Bildirilir ki, mikroplastiklər ən çox plastik torbalar və butulkalardan istifadə zamanı yayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Plastik  





Xəbər lenti