Qlobal hərbi xərclər 1990-cı ildən bəri ən yüksək həddə çatıb
2022-ci illə müqayisədə hərbi xərclərin qlobal ÜDM-də payı 2,2%-dən 2,3%-ə yüksəlib. Adambaşına bölgüdə isə 306 dollar təşkil edib.
Öz imkanlarına nisbətən ən böyük hərbi yük Yaxın Şərq (ÜDM-in 4,2%-i) və Avropa (ÜDM-in 2,8%-i) dövlətlərinin üzərinə düşür. Onları Afrika (1,9%), Asiya və Okeaniya (1,7%), Şimali və Cənubi Amerika (1,2%) ölkələri izləyir.
Pul ifadəsində hərbi xərclər 2,443 trilyon dollara çatıb. Artım tendensiyası artıq doqquzuncu ildir ki, müşahidə olunur.
AzVision.az
Teqlər: