Çimmək istəyirdi, sahildən 80 kilometr uzaqlaşıb itkin düşdü

Çimmək istəyirdi,   sahildən 80 kilometr uzaqlaşıb itkin düşdü
  11 İyul 2024    Oxunub:1193
Yaponiyada dənizə çimmək üçün gedən çinli qadını dalğa 80 kilometr uzağa aparıb. Qadın 36 saat sonra Tokionun şərqində xilas edilib.
NHK televiziyasının yaydığı xəbərə görə, bu maraqlı hadisə Şizuoka əyalətinin Şimoda şəhərindəki "Şirahama Ohama" çimərliyində baş verib. Rəfiqəsi ilə çimən çinli qadının yoxa çıxması xəbərindən sonra bölgəyə gələn sahil mühafizə xidmətinin əməkdaşları 36 saat ərzində qadını helikopterlə axtarıblar.

O, Çiba əyalətindəki Boso yarımadasının sahillərində bölgədə üzən nəqliyyat gəmisinin heyəti tərəfindən radio siqnalı vasitəsilə aşkarlanıb.

Üzgüçülük halqasında tapılan və sahil mühafizə helikopteri tərəfindən xilas edilən qadının huşu yerində olub və uzun müddət susuz qalıb.
O, ilkin tibbi yardımından sonra sahilyanı Yokohama şəhərində xəstəxanaya yerləşdirilib.

21 yaşlı çinli açıqlamasında bildirib ki, dərinliklərə doğru üzməyə başladıqdan təxminən 30 dəqiqə sonra səhvə yol verdiyini anlayıb və bundan sonra sahilə qayıda bilməyib.

Süsən Kərimova
AzVision.az


Teqlər:





Xəbər lenti