Arxeoloqlar əfsanəvi Troya ilə bağlı freskalar tapıblar

Arxeoloqlar əfsanəvi Troya ilə bağlı freskalar tapıblar
  13 İyul 2024    Oxunub:897
İtaliyanın qədim Pompey şəhərində arxeoloji qazıntılar zamanı Troya müharibəsini əks etdirən freskalar tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Arkeolojikhaber" məlumat yayıb. Qeyd edilir ki, eramızın 79-cu ilində Vezuvi vulkanın püskürməsi nəticəsində kül və yanan torpaq altında qalaraq məhv olmuş Pompey şəhərində aparılan arxeoloji tədqiqatlar zamanı özündə Homerin “İlliada” dastanına aid möhtəşəm ziyafət zalının divarında mifaloji fiqurları ehtiva edən freskalar tapılıb.

Bu tarixi tapıntıda Troya müharibəsini başladan Şahzadə Parisin qaçırdığı Sparta kralı Menalayın arvadı Helen və digər ehtimala görə gələcəyi görmə qabiliyyətinə malik olduğu bildirilən Troya kralı Priamın qızı Kassandra əks olunub.

Həmçinin tapıntı zamanı, bir-birinə bağlı iki yaşayış yeri, çörək sexi və paltar yumaq üçün məkan aşkar edilib.

Aparılan son tarixi araşdırmalarla bağlı açıqlama verən Mədəniyyət naziri cenaro Sanculiyano deyib ki, Pompey onları təəccübləndirməyə davam edir: "Çünki hər araşdırmamızda maraqlı və əhəmiyyətli bir şey tapırıq".

Neapol yaxınlığındakı antik mədəniyyətin beşiyi olan Pompey şəhəri İtaliyada hər il minlərlə turisə ev sahibliyi edir.

Süsən Kərimova
AzVision.az



Teqlər: Arxeoloq  





Xəbər lenti