AFFA “Kəpəz” və “Sumqayıt”ı cərimələyib

AFFA “Kəpəz” və “Sumqayıt”ı cərimələyib
  21 Avqust 2024    Oxunub:1520
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın yeni mövsümünün III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Turan Tovuz”la oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” 700 manat cərimə edilib.

“Sumqayıt” – “Səbail” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması “kimyaçılar”ı 800 manat xərcə salıb. Bundan başqa, PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə sumqayıtlılar 500 manat ödəyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti