Güləşçilərimiz dünya çempionatında üçüncü oldu

 Güləşçilərimiz dünya çempionatında üçüncü oldu
  21 Avqust 2024    Oxunub:2226
İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üçüncü yerə çıxıb.
AzVision.az xəbər veriri ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.

Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.

AzVision.az




Teqlər:





Xəbər lenti