"Azercell"in dəstək verdiyi məktəblilər daha 3 medal qazanıblar - FOTO

"Azercell"in dəstək verdiyi məktəblilər daha 3 medal qazanıblar -    FOTO
  24 Avqust 2024    Oxunub:1555
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 1 gümüş, 2 bürünc medal əldə ediblər
AzVision.az xəbər verir ki, 14-22 avqust 2024-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI) baş tutub. Sözügedən müsabiqədə Azərbaycan məktəblilərimiz tərəfindən uğurla təmsil olunub. Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı şəhəri, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar.

Yeniyetmələrin Avropa İnformatika Olimpiadasına 2017-ci ildən etibarən qatılan məktəblilərimiz bu müsabiqədə ümumilikdə 4 gümüş və 8 bürünc medal qazanmağa müvəffəq olublar.

Qeyd edək ki, 7 ildən çoxdur ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində əldə etdiyi
ümumi medal sayını 77-yə çatdırıb.

AzVision.az


Teqlər: Azərcell  





Xəbər lenti