Qarabağ Universitetinin plan yerləri 98.57 faiz dolub

   Qarabağ Universitetinin plan yerləri 98.57 faiz dolub
  26 Avqust 2024    Oxunub:1385
İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57 faiz, Türkiyə – Azərbaycan Universitetinin plan yerləri 96.67 faiz, İtaliya – Azərbaycan Universitetinin plan yerləri 95.52 faiz dolub.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib. O qeyd edib ki, plan yerləri ən çox ikinci ixtisas qrupunda (98.29%) dolub.

"İkinci qrupda plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub".

AzVision.az



Teqlər:





Xəbər lenti