300 min manatlıq dələduzluq edən şəxs saxlanılıb

300 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
  07 Sentyabr 2024    Oxunub:1823
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Vüsal Xəlilovu saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, V.Xəlilov zərərçəkənlərin etibarından sui-istifadə edərək onların iri və xırdabuynuzlu heyvanlarını ələ keçirib. Bu kimi dələduzluq əməlləri ilə o, 8 nəfərə 300 min manat maddi ziyan vurub. Saxlanılan şəxs zərərçəkmişlərdən aldığı heyvanları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Məhkəmənin qərarı ilə V.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
AzVision.az



Teqlər:





Xəbər lenti