Paraüzgüçümüz finala vəsiqə qazanıb

Paraüzgüçümüz finala vəsiqə qazanıb
  07 Sentyabr 2024    Oxunub:1790
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) "Paris-2024" Yay Paralimpiya Oyunlarında növbəti dəfə qüvvəsini sınayıb.
AzVision.az xəbər verir ki, idmançı 100 metr məsafəyə "butterfly" üsulu ilə üzmə yarışının təsnifat mərhələsində mübarizə aparıb. Finişə 58.16 saniyə ilə birinci çatan idmançı finala vəsiqə qazanıb.

Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Raman Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında finişə 1:00:67 dəqiqə nəticə ilə çataraq ikinci olub və gümüş medal qazanıb. O, sentyabrın 4-də 100 metr məsafəyə sərbəst üzmə üsulunda isə 53.65 nəticə göstərərək bürünc mükafata yiyələnib.

AzVision.az


Teqlər: Paris-2024   idman   medal  





Xəbər lenti