Qəlpəkeçirməz plaş ixtira edilib
-Əməliyyat zamanı plaş əsgərin əynindəki zirehə bərkidilir ki, bu da qəlpələrdən tamamilə qorunmağa imkan verir. Eyni zamanda, plaş çoxfunksiyalıdır. Ondan kamuflyaj xalatı, yağmurluq, hətta xərək kimi istifadə etmək olar, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, plaş bir neçə qat kevlardan hazırlanır. Bunun sayəsində yanmır və islanmır.
Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, plaşın modernləşdirilməsi potensialı böyükdür. Bununla əlaqədar olaraq, motoatıcı bölmələr gələcəkdə onun dizaynını təkmilləşdirməyi planlaşdırır.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: