"Startup World Cup" "Azercell"in tərəfdaşlığı ilə baş tutacaq
hədəfləyir.
Yarışma çərçivəsində yerli startaplar sahibkarlıq ideyalarını beynəlxalq müstəvidə nümayiş etdirmək imkanı da əldə edəcəklər. Belə ki, layihələrin dəyərləndirilməsi müxtəlif sektorları təmsil edən səkkiz nəfərlik jüri heyəti tərəfindən aparılacaq. Yekunda qalib gəlmiş bir startap müsabiqənin final mərhələsində ölkəmizi ABŞ-də
təmsil edəcək.
Bu günə kimi 100-ə yaxın startap müsabiqədə iştirak üçün artıq qeydiyyatdan keçib.
Qeyd edək ki, “Startup World Cup” ən yaxşı startapları, vençur kapitalistləri, sahibkarları və texnologiya sahəsində dünya üzrə tanınmış ekspertləri bir araya gətirən qlobal konfrans və yarışmadır. Bu müsabiqə 60-dan çox ölkədə keçirilir.
Layihə haqqında ətraflı məlumat əldə etmək üçün: https://www.startupworldcup.io
AzVision.az