Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və almaniyalı şərqşünas-alim Mixael Raynhard Hess çıxış edərək Məhəmməd Füzulinin zəngin yaradıcılığından soz açıblar. Qeyd edilib ki, şairin rəngarəng yaradıcılıq irsi, xüsusilə, "Leyli və Məcnun" poeması təkcə Azərbaycan ədəbi-bədii fikrinin inkişafına deyil, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına da mühüm təsir göstərib.
Tədbir eyni zamanda Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə Almaniyada poçt markasının buraxıldığı da diqqətə çatdırılıb.
Çıxışlardan sonra Almaniyada yaşayan tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblı Azərbaycan muğam və xalq mahnılarını klassik alman və ingilis barokko musiqisi ilə sintez şəklində təqdim edib. Həmçinin şairin şeirləri səsləndirilib.