FHN əməkdaşları intiharın qarşısını alıblar

FHN əməkdaşları intiharın qarşısını alıblar
  21 Sentyabr 2024    Oxunub:1833
Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir nəfər vətəndaş Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən mənzilində intihara cəhd edib.

Bu barədə vətəndaşın yaxınları FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2000-ci il təvəllüdlü vətəndaş yaşadığı mənzildə intihara cəhd edib.

Xilasedicilərin çevik müdaxiləsi sayəsində xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısı açılmış və özünə müxtəlif bədən xəsarətləri yetirərək intihara cəhd etmiş vətəndaş mənzildə huşsuz vəziyyətdə aşkar olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
AzVision.az



Teqlər:





Xəbər lenti