Kassasiya şikayəti verən qərargah rəisi azadlığa buraxılmadı

Kassasiya şikayəti verən qərargah rəisi azadlığa buraxılmadı
  19 Oktyabr 2024    Oxunub:1042
Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş "N" saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.

Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.

Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır.

Xatırladaq ki, kapitan Vüsal Əliyev təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı - 4 il azadlıqdan məhrumetmə cəzası verilib.(Qafqazinfo)
AzVision.az



Teqlər:





Xəbər lenti