Ev satmaq adı ilə 40 min manatı mənimsədi

Ev satmaq adı ilə 40 min manatı mənimsədi
  19 Oktyabr 2024    Oxunub:759
Şirvan sakininin ev satmaq adı ilə 40 min manatını ələ keçirməkdə şübhəli bilindiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov həbs olunub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 min manatını ələ keçirib:

"R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər".
AzVision.az



Teqlər:





Xəbər lenti