Qiymətli metallara dair dövlət standartları qəbul edilib

Qiymətli metallara dair dövlət standartları qəbul edilib
  05 Dekabr 2024    Oxunub:1298
Azərbaycanda zərgərlik məmulatları və qiymətli metallara dair dövlət standartları qəbul edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 15093:2024 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı qızılın, platinin və palladiumun təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu”, AZS 960:2024 (TS 7000:2018) “Zərgərlik məmulatları – Qiymətli metallardan və onların ərintilərindən hazırlanmış məmulatlar”, AZS ГОСТ Р 52913:2024 “Brilyantlar. Təsnifat. Texniki tələblər”, AZS ГОСТ Р 70183:2024 “Cilalanmış təbii zümrüdlər (zərgərlik daşları). Təsnifat. Çeşidlənmə və dəyərləndirmə ilə bağlı tələblər” dövlət standartları qəbul edilib.

Sözügedən dövlət standartları zərgərlik məmulatları ərintilərinin və zərgərlik məmulatları əyarlarının yoxlanılması, təsnifatı, xüsusiyyətləri, nümunələrinin götürülməsi, sınaqdan keçirilməsi, qiymətli metalların işarələnməsi və satışa çıxarılması, həmçinin qiymətli daşlar olan zümrüd və almazların təsnifatlaşdırılması və çeşidlənməsi məqsədilə qəbul edilib.

Yeni dövlət standartları “AzerGold” QSC tərəfindən maliyyələşdirilərək “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 36) müzakirə olunub, AZSTANDART tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədləri Dövlət Fonduna daxil edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti