Görüləcək işlərimiz daha çoxdur - Cəlal Qurbanov
- Sizcə, bu gün vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılar yetərincədirmi?
-Ali baş komandan, Prezident İlham Əliyevin güclü dövlət, güclü ordu guruculuğu sahəsində gördüyü işlər hamıya məlumdur. Biz hamımız əlimizdən gələni etməliyik ki, sabahımız daha güclü olsun. Cəbhə bölgəsindəki son hadisələr bizi bir daha yumruq kimi birləşdirdi.
Təbii ki, vətənpərvərlik mövzusuna aid bütün işlər cəmiyyətə güc verir, qürurlandırır. Görüləcək işlərimiz gördüklərimizdən daha çoxdur.
Hər bir Azərbaycan vətəndaşı Milli Liderimizin "Fəxr edirəm ki, azərbaycanlıyam" kəlamını daim özünə rəhbər tutmalı və vətənimiz üçün çalışmalıdır. Biz hamımız böyük qələbə gününü gözləyirik. Eyni zamanda inanırıq ki, prezidentimizin müdrik və gələcəyə yönəlmiş siyasəti bizi böyük qalibiyyətə gətirəcək.
- ASAN xidmət könüllülərinin təşəbbüsü ilə vətənpərvərlik mövzusunda layihənin davamı olacaqmı?
- İlk layihədə yüzlərlə könüllünün iştirakı ilə yanaşı, Xalq artisti Zülfiyə Xanbabayevin ifasında, musiqisi Gövhər Həsənzadəyə aid olan, Qara Qarayev adına Dövlət Simfonik Orkestrinin müşayəti ilə, "Sən azərbaycanlısan" klipi hazırlanıb geniş ictimaiyyətə təqdim olundu. Müraciətlər, klipə baxış sayı, təqdimatdakı rəylər layihəmizin uğurlu alındığını deməyə əsas verir.
İkinci layihəmiz isə əməkdar artist Tünzalə Ağayevanın bəstəsi və ifasında “Qarabağın səsi” mahnısının hazırlanması oldu. Hazırda mahnıya klipin çəkilməsi üzərində düşünürük. Çalışacağıq ki, cəmiyyətdən gələn təkliflər klipin sujet xəttində gerçəkləşsin.
Qeyd edək ki, Cəlal Qurbanov Aygün Kazımovanın oxuduğu “Azərbaycan”, müğənni Zamiqin “Azərbaycan”, Sevda Yahyayevanın və Aysel Əlizadənin “Azərbaycan” mahnılarının sözlərini yazıb.