Gürcüstanda Azərbaycan kino günləri

Gürcüstanda Azərbaycan kino günləri
  25 Aprel 2013    Oxunub:1694
Aprel ayının 24-dən 27-dək Gürcüstanda Azərbaycan kinosu günləri keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən, "2008-2018-ci illər üçün Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq milli kinonun təbliğini gücləndirmək və kino sahəsində beynəlxalq əlaqələri genişləndirmək məqsədilə reallaşan kino günləri 3 gün boyunca davam edəcək. Gürcüstan mətbuatının da işıqlandırdığı kino günlərində beş ən yaxşı Azərbaycan filmi nümayiş olunacaq.

Kino günləri çərçivəsində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, Əməkdar İncəsənət Xadimi, rejissor Yavər Rzayev, Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artist Münəvvər Əliyeva və Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadədən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib.



Teqlər:





Xəbər lenti