Bu gün “Avroliqa”-nın finalçıları bəlli olacaq

Bu gün “Avroliqa”-nın finalçıları bəlli olacaq
  02 May 2013    Oxunub:2206
“Fənərbaxça” səfərdə “Benfika”nın, “Bazel” isə "Çelsi"-nin qonağı olacaq.
Çempionlar Liqasının finalçılarının ardınca bu gün UEFA Avropa Liqasının finalçıları da məlum olacaq. AzVision.az-ın məlumatına görə, cavab oyunlarından biri Portuqaliyada keçiriləcək. Bu ölkənin “Benfika” klubu öz meydanında türkiyə təmsilçisi “Fənərbaxça”nı qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun “Fənərbaxça”nın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Digər oyunda isə İsveçirənin “Bazel” klubu İngiltərənin "Çelsi" klubun qonağı olacaq. Bu komandalar arasında keçirilən ilk oyunda isə rəqib meydanında 2:1 hesabı ilə qalib gəlmişdi.

UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

2 may

00:05. “Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə)
İlk oyun (0:1)


00:05. “Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə)
İlk oyun (2:1)

AzVision.az


Teqlər:





Xəbər lenti