Deputat “Borussia Dortmund”-un çempion olmasını istəyir

Deputat “Borussia Dortmund”-un çempion olmasını istəyir
  09 May 2013    Oxunub:1823
AK” partiyasın millət vəkili Hakan Şükür 25 mayda keçiriləcək final oyununda iştirak etmək istəyir.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “AK” Partiyasının millət vəkili, türk millisinin keçmiş futbolçusu Hakan Şükür Çempionlar liqasındakı favoritinin “Borussia Dortmund” olduğunu deyib. Türkiyənin keçmiş milli futbolçusu bildirib ki, 25 mayda “Borussia Dortmund” və “Bayern Münih” arasında Londonun “Wembley” stadionunda oynanılacaq UEFA “Çempionlar Liqası”nın final matçına getmək istəyir.

Bundan başqa “AK” partiyasın millət vəkili H.Şükür, dünən dünyasını dəyişən “Bursaspor” klubunun prezidenti İbrahim Yazıcı-nın ailəsinə başsağlığı verib.

AzVision.az




Teqlər:





Xəbər lenti