Cənubi Kiprdə prezident seçkiləridir
Hazırki prezident Dimitris Xristofyas seçkidə iştirak etmir. İctimai rəy sorğularına görə, seçicilərin əksəriyyəti iqtisadi böhran şəraitində prezident olaraq sağçılar partiyasından olan namizəd Nikos Anastasiadisi görür. Seçicilərin təxminən 40%-i öz səsini ona verməyə hazırlaşır.
Prezident seçilmək üçün isə namizədlər səslərin ən azı 50%-ni toplamalıdırlar. Əgər bu baş verməsə, fevralın 24-ü prezident seçkilərinin 2-ci turu keçiriləcək və 1-ci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq.
Teqlər: