Jurnalistlər tətil elan etdilər

Jurnalistlər tətil elan etdilər
  18 Fevral 2013    Oxunub:2408
BBC şirkəti növbəti ixtisarlara başlayıb.
BBC korporasiyasının jurnalistləri 24 saatlıq tətil elan ediblər. Onlar iş yerlərinin ixtisara salınmasına etiraz edirlər. Jurnalistlər tam bir gün ərzində öhdəliklərini yerinə yetirməyəcəklərini bəyan edirlər.

Bu, dünyanın ən aparıcı tele-radio şirkətinin yayımlarında fasilələrə yol aça bilər. BBC rəhbərliyinin ixtisarlarla bağlı qərarı, şirkətin növbəti 5 il üçün nəzərdə tutulan xərclərinin azaldılması məqsədini daşıyır.

Təkcə bu müddət ərzində korporasiya 2 min iş yerini ixtisara salmağı planlaşdırır. Qeyd edək ki, 2004-cü ildən bu yana BBC-nin 7 min əməkdaşı ixtisara düşüb.


Teqlər:





Xəbər lenti