Yaxın günlərdə Azərbaycanın rayon şəhər icra hakimiyyəti başçılarına yeni avtomobillər veriləcək.
Bu barədə "Bizim Yol” qəzeti bu günki sayında məlumat dərc edib. Məlumata görə, icra başçılarına Almaniya istehsalı olan son model BMW-lər paylanacaq. Dəyəri 100 min manatdan baha olan avtomobillərin artıq ölkəyə gətirildiyi bildirilir.