Azərbaycanlıların Peterburqdakı kütləvi davası

Azərbaycanlıların Peterburqdakı kütləvi davası
  20 Fevral 2013    Oxunub:2126
“Komsolmolskaya pravda”nın məlumatına görə, Azərbaycandan olan 20 nəfər həmkəndli biznes münasibətlərini silahla aydınlaşdırmağa çalışıb.
Azərbaycanlıların iştirak etdiyi kütləvi dava dünən axşam Peterburqda qeydə alınıb. Dava iştirakçıları travmatik tapançalardan istifadə edərək şəhər küçələrində maşın yarışı keçiriblər. Polis hadisə yerində olan 15 nəfəri həbs edib.
Onlarla insanın iştirak etdiyi dava dünən 19:30 radələrində Dmitrov küçəsindəki “Çistıye prudı” kafesinin ətrafında baş verib. Bir qədər sonra isə soyuq və travmatik silah səsləri eşidilib.
Şəhər küçələrində yüksək sürətlə biri-birini təqib edən dava iştirakçıları səki kənarına park edilmiş avtomobillərə xəsarət yetirib. Etiraz edən maşın sahibləri isə döyülüb.
Davadan təxminən 45 dəqiqə sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib. Peterburq polisinin verdiyi məlumata görə, silahlı insident nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib, Tağıyev Səməndər, Tağıyev Bəhruz, Atakişnev Mirqus, Allahverdiyev Zəfər, Məmmədov Elvin isə yaralanıb.
İlkin məlumata görə, insidentə səbəb tərəflər arasındakı biznes əlaqələri olub. Saxlanılan 15 nəfərin ifadəsi alınıb, münaqişədə milli zəmin amili istisna edilir.



Teqlər:  





Xəbər lenti