Hidayət Orucov yeni işinə başladı

Hidayət Orucov yeni işinə başladı
  20 Fevral 2013    Oxunub:5751
Azərbaycanın Qırğız Respublikasına yeni təyin edilmiş səfiri Hidayət Orucov öz etimadnaməsini bu ölkənin prezidenti Almazbek Atambayevə təqdim edib.
Səfirlikdən verilən xəbərə görə, H. Orucov Azərbaycan prezidentinin iki qardaş ölkə arasında iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya, mədəni-humanitar və digər sahələrdə dinamik və uğurla möhkəmlənməsinə önəm verdiyini bildirib. O deyib ki, səfir vəzifəsində çalışacağı dövrdə ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafı üçün səylərini əsirgəməyəcək.
Apa-nın xəbərinə görə, A. Atambayev isə Azərbaycanla sıx iş birliyinin inkişafı üçün vaxtın yetişdiyini vurğulayaraq Azərbaycan prezidentinin fəaliyyətini çox yüksək qiymətləndirib.


Teqlər:





Xəbər lenti