Fransada "Azərbaycan günləri" - FOTOSESSİYA

Fransada "Azərbaycan günləri" - FOTOSESSİYA
  21 Fevral 2013    Oxunub:1495
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Azərbaycan günləri" kolmarlılarda böyük maraq doğurub.
“AzərTAc “ın məlumatına görə, Azərbaycanı uzaq Fransada tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşklatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində bu ölkədə keçirilən “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir Alzas regionunun Kolmar şəhərində baş tutub.
Tədbir ölkəmizin tarixini və mədəni dəyərlərini əks etdirən sərginin açılışı ilə başlayıb. Şəhər merinin müavini Marianna Şelkova Azərbaycanın yalnız yeraltı təbii sərvətləri ilə deyil, eyni zamanda zəngin tarixi və mədəni irsi ilə də Qafqazın mirvarisi olduğunu diqqətə çatdırıb.
Şəhərin rəsmilərini, qonaqları və sərgi iştirakçılarını salamlayan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini Fransanın region və əyalətlərində daha yaxından tanıtmaq məqsədilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini və bu layihənin 2012-ci ilin sonlarından başlayaraq həyata keçirildiyini xatırladıb. Layihəyə əsasən, “Azərbaycan günləri”nin Kolmardan bir qədər əvvəl Alzas regionunun daha iki şəhərində-Müluz və Strasburqda da keçirildiyini bildirib.
Fevralın 24-dək davam edəcək sərgidə xalqımızın tarixi, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunacaq.
Sərgi çərçivəsində təqdim edilən konsert proqramında çıxış edən gənc incəsənət ustalarının ifasında xalq mahnıları ilə bərabər Avropa caz ustalarının əsərləri də ifa edilib. Gənc ifaçıların çıxışı tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Qalereya




Teqlər:





Xəbər lenti