Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər zamanı Mixail Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Gürcüstan prezidenti Bakıda digər rəsmi görüşlər də keçirəcək.