Senatın iclasına iti ilə qatıldı - VİDEO

   Senatın iclasına iti ilə qatıldı    - VİDEO
  18 Aprel 2025    Oxunub:735
ABŞ Senatında maraqlı hadisə baş verib.
Senator Cim Castis iclasa buldoq cinsindən olan iti ilə qatılıb. Bu barədə "New York Post" məlumat yayıb.

Məşhur heyvan təlimçisi xərçəngin qurbanı oldu
"Senatın Enerji komitəsində aparılan dinləmələr zamanı senator Cim Castisi ingilis buldoqu müşayiət edib. Hətta mikrafonu itə doğru da yönəldiblər. Sanki heyvan da nitq söyləməyə hazırlaşıbmış", -nəşr yazıb.

Castis özü bu addımını belə izah edib ki, onun saxladığı bu ev heyvanı senatorun siyasi fəaliyyətində mühüm rol oynayır. Buldoq Cimə stresi aradan qaldırmağa kömək edir.

"Bu balaca it hamımız üçün həqiqətən vacib bir şey edir. O, bizə xatırladır ki, siyasi fikir ayrılıqlarımıza baxmayaraq, biz insanlığımızı qoruyub saxlamalıyıq", - senator çıxışı zamanı deyib.

Senator etiraf edib ki, əvvəlcə buldoqunu ictimai imicinin bir hissəsinə çevirməyi planlaşdırmırmış. Lakin indi hər şeyin normal qarşılanmasına görə sevinir.

"Onun üçün sənin varlı və ya kasıb olmağının fərqi yoxdur. Yaxud da bu it uşaq ya böyük, respublikaçı və ya demokrata fərq qoymur. O, istənilən halda sizi sevəcək",- siyasətçi qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Senat   ABŞ   İt  





Xəbər lenti