Uitkoff: “Moskvada ərazilər məsələsini müzakirə etmişəm”

      Uitkoff:    “Moskvada ərazilər məsələsini müzakirə etmişəm”
  18 Aprel 2025    Oxunub:578
ABŞ prezidentinin Xüsusi nümayəndəsi Stiven Uitkoff “Wall Street Journal (WSJ)” nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukraynada nizamlanma kontekstində “ərazi məsələsini” müzakirə etdiyini bildirib.
AzVision.az xəbər verir ki, onun sözlərinə görə, söhbət məhz bu məsələyə fokuslanıb. Uitkoffun fikrincə, Rusiya “hamısını yox, bəzi bölgələri” saxlaya bilər. Amerikalı siyasətçi, eyni zamanda, əhalisi əsasən rus dilində danışan regionların Kiyev üçün o qədər də vacib olmaya biləcəyini də düşünür.

Uitkoff Moskvaya səfər edib
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampın Xüsusi nümayəndəsi ilə aprelin 11-də baş tutan görüşü təxminən 4,5 saat davam edib. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ən çox Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub, lakin digər siyasi və iqtisadi məsələlər də gündəmə gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, Moskvanın belə əlaqələrin qurulacağını güman etdiyini söyləyib.

Uitkoff isə bildirib ki, münaqişənin həlli çərçivəsində özümüzü “qlobal mənada dünya üçün çox vacib olacaq bir işin astanasında” tapmaq imkanı yaranıb.

“Bu proses “danışılan beş ərazi” çərçivəsindən kənara çıxır, söhbət isə təhlükəsizlik təminatlarından və Ukraynanın NATO-ya qəbulu planlarından imtinadan gedə bilər”, - Donald Trampın Xüsusi nümayəndəsi vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Uitkoff   Moskva   ərazilər  





Xəbər lenti