Dərmanla dair tələblər dəyişib

Dərmanla dair tələblər dəyişib
  18 Aprel 2025    Oxunub:636
Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblərdə dəyişiklik edilib.
Bu barədə Səhiyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Dərman vasitəsi öz təyinatına, dövlət qeydiyyat sənədlərinin və ya klinik sınaqların protokollarına uyğun, keyfiyyətli, effektiv və təhlükəsiz istehsal edilməlidir.

Tələblərin yerinə yetirilməsi üçün şəraitin yaradılması və nəzarətin həyata keçirilməsi istehsalçının vəzifəsidir. Bu tələblərə həmin müəssisədə çalışan işçilər, o cümlədən təchizatçılar və distributorlar tərəfindən əməl edilməlidir.

Məqsədə çatmaq üçün müəssisədə və keyfiyyətə dair risklərin idarə olunmasını əhatə edən, hərtərəfli işlənib hazırlanmış və düzgün tətbiq olunan Əczaçılıq Keyfiyyət Sistemi (ƏKS) olmalı və bütün komponentlər ixtisaslı işçi heyəti, uyğun sahələr və lazımi sayda avadanlıqla təmin olunmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti