Varlı ölkələrdə yaşlı insanlara hörmət qoyulmur

Varlı ölkələrdə yaşlı insanlara hörmət qoyulmur
  01 Oktyabr 2016    Oxunub:5233
Bütün dünyada yaşlı insanların sayı artır, lakin onlara qarşı münasibəti nadir hallarda yaxşı görmək olar.
AzVision.az "Report"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Yaşlılar Günü ərəfəsində dünyanın 57 ölkəsindən 83 min nəfərin iştirak etdiyi sorğunun nəticələrini açıqlayıb.

Respondentlərin 60 faizi etiraf ediblər ki, yaşlı nəslə qarşı, bir qayda olaraq hörmətsizlik edilir. Eyni zamanda bu özünü gəlir səviyyəsinin yüksək olduğu ölkələrdə daha kəskin göstərir. ÜST-dən olan doktor Con Bird qeyd edir ki, ahıllar barəsində stereotiplər çox geniş yayılıb, lakin bir çoxları hətta bu haqda düşünmürlər.

"Bu gün irqi və ya cinsi mənsubiyyətinə görə ayrı-seçkilik qəbuledilməzdir, yaşla bağlı isə bu, norma sayılır. İnsanlar bunu artıq başa düşməyə başlayırlar, lakin sonadək problemin miqyasını anlamırlar", - deyə o əlavə edib.
Yaşlılara qarşı laqeyd münasibət ruhunda tərbiyə görmüş yaşlı nəslin nümayəndələri özləri də bəzən "öz üzərilərinədən xətt çəkmiş olurlar".

Belə ki, tədqiqat zamanı məlum olub ki, belə insanlar xəstəliklərlə daha pis mübarizə aparırlar və yaşlanmaya nikbinliklə yanaşanlara nisbətdə orta hesabla 7,5 il az yaşayırlar.

Proqnozlara görə, 2025-ci ilə qədər "60 yaşı olanlar"ın sayı iki dəfə artacaq və əsrin ortalarınadək 2 milyard nəfərə çatacaq. Bu faktlar sağlamlıq və məhsuldar yaşlanma işlərinin düzgün qurulduğunu təsdiq edir. Yaşlanma problemlərinə diqqət çəkmək məqsədi ilə hər il BMT-də 1 Oktyabr tarixi Beynəlxalq Yaşlılar Günü kimi qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti