Çikatilonun oğlu Ukrayna müharibəsində itkin düşüb

   Çikatilonun oğlu Ukrayna müharibəsində itkin düşüb
  21 Aprel 2025    Oxunub:642
Tarixin ən qəddar qatillərindən olmuş manyak Andrey Çikatilonun oğlu Yuri Miroşniçenko yoxa çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, o, Ukraynada gedən gərgin döyüşlərə qatılıb. Yurinin cəbhə xəttində itkin düşdüyü ehtimal olunur.

"Çox güman ki, Çikatilonun oğlu Xarkov istiqamətində gedən döyüşlər zamanı öldürülüb. Kişi təxminən üç ay əvvəl itkin düşüb. Həmin vaxt kiçik Çikatilonun da daxil olduğu artilleriya bölməsi Xarkovdan təxminən 20 km aralıda yerləşirdi. Bölmə Rusiya Silahlı Qüvvələrinin güclü atəşinə məruz qalıb", - məlumatda deyilir.",- SHOT yazıb.

Döyüşə satanistlər gedir - Məşhur rus qatil Ukraynada yaralanıb
Xatırladaq ki, SHOT bir müddət öncə Yuri Miroşniçenkonun Ukrayna Silahlı Qüvvələrində (VSU) xidmət etməsi barədə məlumat yaymışdı.

Qeyd edilib ki, 56 yaşlı kişi bir müddət əvvəl soyadını dəyişərək Xarkova köçüb. Müharibə başlayanda isə o, Ukrayna Silahlı Qüvvələrində xidmətə cəlb olunub.

"Yuri Ukraynaya köçdükdən sonra "Maydan" hadisələrində iştirak edib hətta bu istiqamətdə müəyyən çıxışları da olub. Onun cəbhəyə göndərilməsinə səbəb həyat yoldaşına aliment ödəməkdən imtina etməsi olub. Yurinin borcları yığılıbmış. O, təkcə oğluna deyil, çoxsaylı banklara da borclu idi. Adamyeyənin oğlu həmçinin yol hərəkəti cərimələrini ödəyə bilməyib”, - nəşr yazıb.

Məlumata görə Çikatilonun oğlunun qanunla bağlı digər problemləri də olub. Yuri müxtəlif ittihamlarla, o cümlədən adam öldürməyə cəhd üzrə cəza çəkib. O, 13 il həbsdə olub. Yuri koloniyalarda cəza çəkərkən məşhur manyakın övladı olmasını gizlətməyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Manyak   Həbs   İtkin  





Xəbər lenti