Əraqçi Çinə gedir

   Əraqçi Çinə gedir
  21 Aprel 2025    Oxunub:544
İranın xarici işlər naziri Abbas Əraqçi sabah Çinin paytaxtı Pekin şəhərinə yollanacaq.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, Tehranın baş diplomatı Pekində qarşılıqlı əlaqələrlə yanaşı ABŞ və İran arasında aparılan nüvə danışıqları mövzusunda da görüşlər keçirəcək.
ABŞ-İran atəşi nəyi necə yandıracaq?

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların ilk iki mərhələsi Omanın paytaxtı Məsqət və İtaliyanın paytaxtı Roma şəhərlərində baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü yenidən Omanda baş tutacağı gözlənilir.

Eyni zamanda, Abbas Əraqçi ötən günlərdə Rusiyaya da səfərə yollanaraq, rəsmi Moskvanı danışıqlarla əlaqədar məlumatlandırıb. O bu səfər barədə dövlət televiziyasına açıqlamasında "Tehranın nüvə məsələsində dostları Rusiya və Çinlə həmişə yaxından məsləhətləşdiyini" diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Rusiya   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti