Saakaşvilinin partiyası niyə məğlub oldu? - ŞƏRH

Saakaşvilinin partiyası niyə məğlub oldu? - ŞƏRH
  10 Oktyabr 2016    Oxunub:3486
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri bəlli oldu.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb. Belə demək olarsa eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası “Gürcü Arzusu” partiyasına məğlub oldu.



Seçkinin nəticələrinə müansibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a açıqlamasında deyib ki, seçkidən öncə keçirilən rəy sorğularında “Gürcü Arsuzu” partiyası ilə eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının başabaş mübarizə aparacğı görünürdü. Lakin seçkinin nəticəsi bir az fərqli oldu: “Belə ki, “Gürcü Arzusu” partiyası daha çox səs topladı. Halbuki seçkidən bir neçə gün əvvəl “Vahid Milli Hərəkat” partiyası çox böyük bir mitinqə toplanmışdı.



Demək ki, gürcülər bu siyasətin davamını istəyirlər. Amma İvanaşvili tərəfdarlarının bir neçə il öncə verdiyi vədlərin heç də hamısının yerinə yetirildiyini düşünmürəm. Yəni Saakaşvili necə qoyub getmişdisə, Gürcüstan o istiqamətdə də gedir. Görünür vətəndaşlar Saakaşvilidənsə hazırki siyasətin davamınında maraqlıdırlar. Azərbaycanılarında bu seçkidə böyük rolu oldu. Çünki hər bir partiya Gürcüstandan yaşayan azərbaycanlıların səsini qazanmaq istəyir . Həmçinin bir neçə azərbaycanlı parlamentə deputat seçildi”.



Bu seçkilərin Azərbaycanla bağlı münasibətlərinə gəlincə, E.Şahinoğlu Gürcüstanda yaşayan azərbaycanlıların Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasına böyük simpatiyası olduğunu vurğulayıb: “Çünki onun siyasəti bizə bəllidir. Hər zaman Azərbaycanla strateji tərəfdaşlığa üstünlük verib. İvanaşvili isə hakimiyyətə gəldiyində bir qədər ikibaşlı oyunlar oynadı. Buna baxmayaraq sonra İvanaşvili özü də Azərbaycanla tərəfdaşlıq münasibətləri qurdu. Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəsi elədir ki, Gürcüstanda hakimiyyətə kim gəlirsə Azərbaycanla strateji müttəfiqliyə sadiq qalmaq məcburiyyətindədir. Çünki bunu Gürcüstanın milli və təhlükəsizlik maraqları diqtə edir”.



Politoloq Fikrət Sadıqov bildirib ki, belə bir vəziyyətdə Saakaşvilinin partiyası parlamentdə təmsil olunacaqsa, bu özlüyündə o qədər də mənfi amil deyil. Politoloq qeyd edib ki, Saakaşvilinin dövründə həm daxili, həm də xarici siyasətdə kifayət qədər səhvlər buraxılıb: “Bir sıra siyasi qüvvələr daxildə ona qarşı çıxış etməyə başladılar. Onun dövründə bir sıra məsələlər öz həllini tapmayıb. Vaxtilə Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal olundu. Gürcüstanda bunu günahkarı kimi Saakaşvilini görürlər. Ona görə də Saakaşvili partiyasının qələbə qazanması mümkün deyildi. Hazırda Gürcüsta yeni bir istiqamət götürüb. Rusiya ilə münasibətlərini bərpa etmək istəyir, eyni zamanda NATO və Avropa Birliyi istiqamətindən uzaqlaşmır və irəliləyir. Gürcüstan seçicisi buna görə “Gürcü Arzusu” partiyasına hə dedi. Saakaşvilinin partiyası müəyyən mənada məğlubiyyət ilə üzləşməli idi”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti