Autizm ayıq başla qərar qəbul etməyə kömək edir

Autizm ayıq başla qərar qəbul etməyə kömək edir
  15 Oktyabr 2016    Oxunub:2154
Autistlər heyrətamiz xüsusiyyətə malikdirlər: onlar qəlbin səsi ilə deyil, çox vaxt ağlın mühakiməsiylə hərəkət edirlər.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, autistlər sırf məntiqə əsaslanan qərarlar qəbul edirlər. Ümumiyyətlə, aleksitimiyalı, başqa sözlə desək, “emosional kor” insanlarda emosional komponentin fəaliyyəti dayanıb.

Bəzi hallarda bu aspekt əhəmiyyətli üstünlüklər verir. Məsələn, çətin vəziyyətdə olan belə insan daxili həyəcan hisslərinin onu yanıltmasına imkan vermir. O, öz hərəkətlərində tanıdığı qaydalara və məntiqi nəticələrə əsaslanır. Bəlkə də bu səbəbdən autistlər çox vaxt dəqiq elmlərlə “dostluq edirlər”.

Yeri gəlmişkən, əvvəllər sübut edilmişdi ki, autizm yalnız insan beyninə təsir göstərmir. Autizm zamanı ətraflarda, barmaqlarda və bədənin digər hissələrində yerləşən, birbaşa beyinə sensor məlumat ötürən sinirlərdə qüsurlar olur. Buna görə də autizmdən əziyyət çəkən bəzi adamlar toxunmaya həssasdır, həyəcanlıdır, onların sosial münasibətlərində qeyri-adilik müşahidə olunur. Bəzi hallarda bu problemlər periferik sinirlərin zədələnməsi ilə bağlı ola bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti