Moskvada `Barbilər` etiraza qalxdı - Video

Moskvada `Barbilər` etiraza qalxdı - Video
  24 Oktyabr 2016    Oxunub:5808
Rusiyanın paytaxtı Moskvada bir qrup qadın Barbi kimi geyinərək ölkədə oyuncaqların qadağan edilməsi təklifinə etiraz edib.
AzVision.az xəbər verir ki, “Qızıl Meydan”a çıxan qadınlar “Barbi gözəlliyin və qadınlığın simvoludur, o, dünyanı bir araya gətirir” deyərək etirazlarını bildiriblər.

Rusiya Uşaq Oyuncaqları Sənaye Müəssisələri Birliyi (AİDT) sentyabr ayında “Barbie”lərin də daxil olduğu bəzi oyuncaqların uşaqların əxlaqi və psixoloji sağlamlığına mənfi təsir etdiyini açıqlayıb. Bundan sonra Rusiyada barbi oyuncaqlarının qadağan olunması təklif olunub.



AzVision.az


Teqlər:  





Xəbər lenti