Fidel Kastro Azərbaycanda necə tanınıb? - `Onunla qürur duyurdum...`

Fidel Kastro Azərbaycanda necə tanınıb? - `Onunla qürur duyurdum...`
  28 Noyabr 2016    Oxunub:6168
Kuba inqilabının lideri Fidel Kastro noyabr ayının 26-da 90 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Kubada matəm elan olunub. Dəfn mərasimi dekabrın 4-də baş tutacaq.
Həyatı boyu 600-dən çox sui-qəsddən canını qurtaran Fidel Kastro Azərbaycanda necə yadda qalıb?



Azərbayca Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə hesab dir ki, Kastro dünyanın ən parlaq siyasətçisi və simasi olub.

“Onun xidmətləri və cəsarəti haqqında çox danışmaq olar. Mən onun bir mənfi cəhətini görməmişəm. İdeal inqlabçı idi. Kastro ABŞ-ın “ağzının içində” böyük inqlab etdi. Ona qədər Kuba ABŞ-ın fahişəxanası idi. O, kubalılara mənliyini qaytardı, normal cəmiyyət qurdu. Bəziləri Fidel haqqında müxtəlif fikirlər səsləndirir. Ancaq, YUNESKO-nun dünya üzrə keçirdiyi sorğuya əsasən Kuba “xoşbəxtlik reytinqi”ndə birincidir. Dünyaya gələn hər bir şəxs bir gün bu dünyadan köçür. 20 əsr çox qəribə idi. Bu əsrdə Stalin, Lenin, Çörçill, Ruzvelt kimi dahi siyasətçilər meydana çıxmışdı. Kastro da onlardan biri idi”.



Politoloq Fikrət Sadıqovun fikrincə, Kastro artıq dərəcədə xarizmatik siyasətçi idi: “Onun rəhbərliyi altında Kubada böyük dəyişikliklər baş verib. Kastro dünyada inqlabçı kimi tanınır. O, yaxşı polimist, arator idi. Kastronun rəhbərliyi ilə Kubada böyük islahatlar keçirilib”.

F.Sadıqov qeyd edib ki, SSRİ dağıldıqdan sonra Kastronun rəhbərlik etdiyi Kubanın vəziyyəti dəyişdi: “Ölkədə iqtisadi və sosial problemlər artmağa başladı, ABŞ sanksiyalar tətbiq etdi. Bu, Kubanın inkişafına mənfi təsir göstərdi. Hesab edirəm ki, Kastro son illər müasir siyasətin tələblərinə cavab vermirdi. Çünki, Kastronun rəhbərlik etdiyi Kuba SSRİ-inin Amerika qitəsindəki dayağı, forpostu idi. SSRİ dağıldıqdan sonra Kubanın forpost kimi qalması Rusiya üçün əhəmiyyətli deyildi. Bunu daşa düşən qardaşı Raul Kastro müəyyən islahatlara başladı. Artıq Kuba ABŞ-la əlaqələri yaxşılaşdırmağa çalışır. Rəhmərlik anladı ki, blokadadan çıxamaq lazımdır. Amma, Kastro bir şəxsiyyət kimi böyük siyasətçi, inqlabçı, uzağı görən və xalq tərəfindən dəstəklənən dövlət xadimi idi”.



Fidel Kastronun Azərbaycanlı oxşarı Vahid Rüstəmov deyib ki, Kuba liderinin vəfatından sarsıldığını deyib: “Fidel Kastro mənim üçün çox əziz insan idi. O, sülhsevər insan, əsl lider və inqlabçı idi. Ona çox bənzədiyimdən hər kəs məni Fidel Kastro deyə çağırır, oxşarlığıma görə dünyada ad qazanmışam. Əfsanəvi inqlabçıya bənzədiyimə görə qürur duyuram”.

Vahid Rüstəmov Kastronun dəfninə getmək istədiyini söyləyib: “Hazırda səfir ölkədə yoxdur. Deyilənə görə, iki günə gəlməlidir. Biza ala bilsəm, mütləq onun dəfninə gedəcəyəm. İstəyirəm hər kəs desin ki, Azərbaycandan dəfnə Fidel Kastronun oxşarı gəlib”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti