Sabah 40 dərəcə isti olacaq
Havanın temperaturunun gecə 21-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Rayonlarından isə hava yağmursuz olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcəyədək isti olacağı gözlənilir.
AzVision.az