Strateji sənədə qarşı Brüssel badımcanı – TƏHLİL

Strateji sənədə qarşı Brüssel badımcanı – TƏHLİL
  07 Fevral 2017    Oxunub:13570
Dünən Avropa Parlamenti `meydan.tv`-nin studiyasi rolunu oynamaq səviyyəsinə qədər alçalmışdı. Emin Milli sol tərəfində oturan Ulrike Lunaçek və Kati Pirini “stand by” rejiminə qoyub, azərbaycanca “eeee...” və “aaaa....”larla dolu, uzun, “Məhsul” standionundakı çıxışları xatırladan bezdirici bir nitq ifraz elədi.

Qəribəsi odur ki, Lunaçek və Piri, eləcə də zalda oturan digər şəxslər Emin Millini qulaqcıq taxmadan dinləyirdilər, yəni faktik olaraq, dinləmirdilər. Hər halda, onların Azərbaycan dilini bildikləri inandırıcı deyil. Bu isə o deməkdir ki, onlar da telini alnına tökmüş oğlanın Avropa parlamentinin binasında meydan.tv üçün ənənəvi janrda veriliş çəkməsinə hazır idilər.

Hər şey bir qırağa, ancaq Avropa Parlamenti 1952-ci ildə yarandığı gündən bəri bu qədər urvatsız olmamışdı – bu, dəqiqdir; zavallı avrosentristlər zamanında ona görəmi böyük ideyalarla yaşayıblar, qitəni birləşdirən Parlament yaradıblar ki, sonda Emin Milli gəlib orada radikal feysbuk statusları səviyəsində veriliş çəksin?! Yox, Avropa Parlamantini quran insanlara görə üzülməyə həqiqətən, dəyər. Yazıqlar, yəqin, indi qəbirdə fırlanırlar.

So, I’m really sorry for having this long introduction, amma ikinci dəfədir ki, Azərbaycanla bağlı hansısa önəmli hadisə baş verəndə Avropa Parlamentində təcili qaydada dinləmə təşkil olunur və artıq oturuşmuş şəbəkə olan anti-Azərbaycan qrupunun üzvləri əllərində aftafaları ora qaçışırlar, gedə bilməyən isə “Skype” ilə qoşulur. Amma bu siyasi nağılın “Zoluşka”sının mindiyi kareta sonda balqabağa yox, badımcana çevrilir - Xədicə İsmayıl dramatizmi artırmaq üçün belə bir detektiv hekayə qoşub ki, o, ətrafı saran divlərdən qorunmaq üçün “London taksisi”nə minib, onun “wi-fi”ı ilə “Skype”-a qoşula bilibmiş...



...Birinci dəfə, yəni 2015-ci ildə İlk Avropa Oyunları qabağı da eyni vəziyyət yaranmışdı. Onda da LGBT Komitəsinin rəhbəri Lunaçek başının dəstəsini yığaraq, olimpiadanın təşkilinə kölgə salmaq üçün Azərbaycanda insan hüquqları məsələsindən danışmışdı.

Bu dəfə isə 60 yaşı haqlamış qoca lezbiyan və komandasını hərəkətə gətirmək üçün İlk Avropa Oynlarından daha ciddi səbəb var idi...

Azərbaycanla Avropa Birliyi arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Bir ildir ki, bu vacib sənədin üzərində iş gedirdi. Nəhayət, AB ilə Azərbaycanın münasibətlərinə daha ciddi strateji mahiyyət qazandıracaq sənədin üzərində son müzakirə prosesi başlayıb. Təbiidir ki, bir il ərzində bu sənəd Avropa Birliyinin bir çox instansiyalardan keçib və hamı da ona razılığını verib. Amma sonuncu mərhələnin başlanması ərəfəsində antimilli mövqeli Milli gəlib Brüsseldə “eee...”, “aaa...” kimi intim səslər çıxara-çıxara həyəcanla soruşur ki, “40 milyard haradadır”?! Bağışla da, cavan oğlan, çox şəffaf bir proses olan neft pullarının hara və necə yerləşdirilməsinə dair gərək vaxtında sənə çek təqdim edərdilər. Bu dəfə keç günahlarından...

Yeni tərəfdaşlıq sənədinin Avropa bürokratiyasının mürəkkəb mexanizminin bütün mərhələlərindən keçdiyi bir ildən çox vaxt ərzində heç kim prosesə mane ola bilməyib. Halbuki, işin pozulmasını istəyən çox qüvvələr vardı. Amma Avropa Birliyi praqmatik təşkilatdır və hazırda özünün ən böyük enerji layihələrindən birini – 40 milyard dollar vəsait tələb edən Cənub Qaz Dəhlizini Azərbaycanla reallaşdırır. “Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktik olaraq hər iki tərəf üçün əsas prioritetdir”,- bunu İlham Əliyevlə görüşündən sonra səsləndirdiyi bəyanatda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib.



Amma məslə təkcə qaz layihəsilə də bitmir. “Bizim əlaqələrimiz enerji və ticarət hüdudlarını aşır. Biz əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyirik”, - Tusk əlavə edib. Başqa sözlə, Avropa Birliyi və Azərbaycan əlaqlərinin lokomotivi yeni stansiyaya getmək üçün sürət yığır, qarşısına Lunaçek-Milli-Piri-Xədicə dəstəsini qoymaqla onu dayandırmaq mümkün deyil.

Elə isə bu simli kvartetin Avropa Parlamentində konsertini təşkil etmək kimə və nəyə lazım idi?

“Hakimiyyətə yaxın media bizim ermənipərəst olduğumuzu göstərməyə çalışır...” – Emin antiMilli çıxışında dönə-dönə bu fikri təkrarladı. Belə bir niyyətimiz yoxdur. Mən indi sizə Emin Millinin eşitmək istədiyini deyəcəyəm. Riyaziyyatda “əksini fərz etməklə isbat” adlanan bir metod var. Gəlin, onu bu vəziyyətə tətbiq edək.

Deməli, nə alınır? Avropa Birliyinin Azərbaycanla yeni və vacib tərəfdaşlıq sazişinin müzakirəsinin son mərhələsinin müzakirələrinin başlanması ərəfəsində bir dəstə siyasi aftafadaşıyan Avropa Parlamentində yığışaraq, “Məhsul” stadionu və 3-4 məntiqsiz radikalın feysbuk statusları səviyyəsindəki söhbətlərlə məclisi-üns təşkil edirlər. Onların məqsədi prosesə mane olmaq deyil, çünki bunu bacarmayacaqlarını gözəl anlayırlar: Artıq qatar gedib, onlar sadəcə, perronda atılıb-düşməklə məşğuldurlar. Yeganə niyyət gedən qatarın dalınca bir-iki daş atmaqdır ki, hazırkı məqamda Azərbaycana böyük diqqətin yönəldiyindən istifadə edərək, ölkəyə ləkə yaxmaq üçün şansı qaçırmasınlar. (Yeri gəlmişkən, Avropa Oyunları ərəfəsində də dinləmələr eyni məntiqlə təşkil olunmuşdu: bir halda ki, Azərbaycan diqqət mərkəzindədir, demək, onunla bağlı səslənən hər bir fikir dərhal nəzərə çarpacaq).

İndi isə tezis: Bunu edənlər Azərbaycanı sevən, ölkənin inkişafı və imici üçün çalışan, ermənilərlə heç bir əlaqəsi olmayan şəxslərdir.
İnandınızmı?

Elə bunun da isbatı tələb olunurdu!

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti