Ön xətdə düşmənlə üzbəüz səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.
Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olublar. Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.
AzVision.az