SOS: Ölkəmizdə ürək-damar xəstəlikləri kəskin artır - (VİDEO)
"Son vaxtlar Azərbaycanda əhalinin orta yaşının artması ilə əlaqədar ürək çatışmazlığı faizi də artır. Bu rəqəmlər Avropa ölkələrində 70 yaşında 10 faizdirsə, bizdə isə 70 yaşında 12-13 faiz təşkil edir".
F.Quliyev bildirib ki, hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür: "Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir".
Baş kardioloqun sözlərinə görə, əvvəllər ürək çatışmazlığı ilə bağlı xəstələr xarici ölkələrdə müalicə alırdılar, indi isə müalicələr ölkəmizdə həyata keçirilir.
"Bəzi tədqiqatlara görə, qadınlarda arterial hipertanziya daha çox yayılıb. Qadınlarda kardio-vasulyar xəstəliyi 52 faiz, kişilərdə isə 48 faizdir. İnsanlar onkoloji, SPİD xəstəliklərindən qorxur, amma kardio-vaskulyar xəstəliklərdən daha çox ölür. Hamiləlik vaxtı ürək-dama xəstəliləri çox müşahidə edilir. Hamilə qadınlarda ürək-damar xəstəliklərinin profilaktikası və müalicə prinspləri protokol kimi hazırlanır".
Aytən Zəhra
AzVision.az
Teqlər: Baş-kardioloq Xəstəlik