Hacıkəndə dəymiş ziyan hesablanır - Açıqlama - (VİDEO)

Hacıkəndə dəymiş ziyan hesablanır - Açıqlama - (VİDEO)
  21 İyun 2017    Oxunub:4557
Dünən axşam saatlarında Gəncənin Hacıkənd qəsəbəsinə yağan leysan yağışı və dolu nəticəsində 116 evə ziyan dəyib.
Bu barədə AzVision.az-a Hacıkəndin icra nümayəndəsi Hümbət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hazırda sakinlərə dəymiş ziyan hesablanır: "116 evin dam örtüyü dağılıb. Maşınlara, fərdi təsərrüfat sahələrinə ciddi ziyan dəyib. Hazırda qəsəbədə iş aparılır, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub. Dəyimiş ziyan müəyyən edilir. Ziyanın məbləği araşdırma bitdikdən sonra məlum olacaq”.

Qeyd edək ki, Qərb bölgəsində müşahidə olunan leysan yağışları ötən gün Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib. Güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. Dolunun ölçüsü 3 sm-ə çatıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlərini verib.



Aytən Zəhra
AzVision.az


Teqlər: Gəncə   Hacıkənd   Leysan   Dolu  





Xəbər lenti