Sabah küləkli hava olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 25-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək. Gündüz arabir güclənən şimal küləyi əsəcək. Rayonlardaisə əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
AzVision.az