Şimali Koreya ABŞ-ı vuracağı vaxtı açıqladı - (VİDEO)
AzVision.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA”-nın yaydığı xəbərdə hücumun avqustun ortalarına planlaşdırıldığı bildirilir.
Bundan başqa Şimali Koreyanın ordu generalı ABŞ prezidenti Donald Trampı nəzərdə tutaraq bəyan edib ki, "dəli" ilə normal dialoqa girmək mümkün deyil: “Dəli biri ilə məntiqli bir dialoqa girmək mümkün deyil. Sadəcə həqiqi bir tədbir Tramp üçün təsirli ola bilər”.
Qeyd edək ki, Şimali Koreya-ABŞ gərginliyi sürətli bir şəkildə artmaqdadır. Şimali Koreya bəyan edib ki, heç bir halda nüvə silahlarını və ya balistik raketlərini müzakirə predmetinə çevirməyəcəklər. Həmçinin bu silahaları ABŞ-dan başqa heç bir ölkəyə qarşı istifadə etməyəcəklər. Şimali Koreyadan gələn bu təhdidə ABŞ prezidentini Donald Trampın reaksiyası isə daha sərt olub.
Tramp bəyan edib ki, Pxenyanın nüvə sınaqlarını davam etdirdiyi təqdirdə dünyanın indiyə qədər görmədiyi “atəş və qəzəblə” cavab veriləcək.
Bunun ardından Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA” Şimali Koreyanın Sakit Okeanda Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasına hərbi təcavüz planı üzərində işlədiyini açıqlayıb.
Bundan başqa ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə yaranan gərginliyin ardından dövlət başçısı olaraq verdiyi ilk əmrin “nüvə silahlarının” yenilənməsi və modernləşdirilməsi olduğunu açıqlayıb. Tramp vurğulayıb ki, ABŞ-ın nüvə silahları indiyə qədər heç vaxt belə güclü olmayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: ABŞ Tramp Şimali-Koreya