İranın müxalif lideri aclıq aksiyası keçirir - (VİDEO)

İranın müxalif lideri aclıq aksiyası keçirir - (VİDEO)
  17 Avqust 2017    Oxunub:1945
İranda ev dustaqlığına məhkum edilən müxalifət lideri Mehdi Kerrubi aclıq aksiyasına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Müxalifət liderinin həyat yoldaşı Fatma Kerrubi bildirib ki, M.Kerrubi bu gündən aclıq aksiyasına başlayıb və yalnız ürək dərmanlarını qəbul edir.

F.Kerrubi deyib ki, həyat yoldaşı xalq qarşısında mühakimə olunmasını və təhlükəsizlik qüvvələrinin evindən getməsini tələb edir.

Qeyd edək ki, İranda 12 iyun 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrini qəbul etməyən Mehdi Kerrubi, seçkilərdən sonra baş verən iğtişaşlara dəstək verməkdə ittiham edilərək ev dustaqlığına məhkum edilib.



Kənan Məmmədov
AzVision.az


Teqlər: İran  





Xəbər lenti